OPEC Rusiyada maye karbohidrogenlər hasilatı üzrə proqnozunu korrektə edib
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Rusiya üzrə 2021-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu cüzi azaldıb.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici 11,77 mln. barel səviyyəsində olacaq (əvvəl ki proqnoza əsasən 11,78 mln. barel).
Proqnoza əsaslanaraq qeyd etmək olar ki, ötən ilin proqnoz göstəricisi ilə müqayisədə bu il Rusiya gündəlik neft və digər maye karbohidrogenlərin hasilatını 9% artıra bilər.
Hesabata əsasən, 2021-ci il üçün Rusiyada gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 10,8 mln. barel səviyyəsində olub. 2020-ci ilin göstəricisi ilə müqayisədə 2021-ci ildə 2% artım qeydə alınıb.
OPEC-in məlumatlarına görə, 2020-ci ildə Rusiyada gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 10,59 mln. barel olub.