Təhsil krediti almaq istəyən 2000-ə yaxın tələbənin müraciəti təsdiqlənib


Ötən ilin noyabrın 25-dən bu günə qədər təhsil tələbə krediti ilə bağlı sistemə 5000 müraciət daxil olub.

Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib. Onun sözlərinə görə, 1945 tələbənin kredit almaqla bağlı müraciətia rtıq təsdiqlənib, 1200 müraciət isə yaxın 2 həftə ərzində rəsmiləşdiriləcək