Saxalin adası sahillərində 5,5 bal zəlzələ olub


Bu gün Saxalin adası sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

APA-nın TAAS-a istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 08.18 radələrində baş verən zəlzələnin ocağı 23 km dərinlikdə yerləşib.

Zəlzələ Oxa şəhəri, Tunqor, Exabi, Val və digər kəndlərdə hiss olunub.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.