TKTA: Akkreditasiyadan keçə bilməyən universitetləri problemlər gözləyir
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova akkreditasiyası dayandırılan universitetlərin tələbələrinin daha sonra xaricdə təhsil almaq üçün qarşılaşdığı problemlərə münasibət bildirib.
Ali təhsil müəssisələri ilə keyfiyyət təminatına dair görüşdə İdarə Heyətinin sədri qeyd edib ki, instusional səviyyədə akkreditasiyadan keçə bilməyən universitetləri və tələbələrini müəyyən problemlər gözləyir: "Bir neçə universitet var ki, fəaliyyətini dayandırıb. Təhsil Nazirliyi də indiyə qədər bu problemlə üzləşir, vətəndaşlar tərəfindən müraciətlər var. Ali təhsil şöbəsinin işini analiz edəndə məlum olub ki, ümumi müraciətlərin təxminən 10 faizə qədəri bu məsələ ilə bağlıdır. Bu, tək bizdə deyil, dünyada da belədir ki, akkreditasiyası dayandırılmış universitet və tələbələr bir çox problem və çətinliklərlə qarşılaşırlar. Ona görə də insanlar daha çox dövlət universitetinə müraciət edir, bunun riski daha aşağıdır".