“Xəzər” TV-dən zorla çıxarılan Rafət Şixəliyev Murad Dadaşova nələr yazdı?– Şok məktub


“Oktyabrın əvvəllərindən işdən qovulmuşam. Səbəbi saat 18:00 olardı, Bəxtiyar adlı bir yoldaş məndən xahiş etdi ki, nümunə üçün Azərbaycan bayrağını “Xəzər” TV-nin qarşısından asaq. Mən də kömək etdim və sabahısı Leyla xanım əlində həmin bayrağın sapı ilə üstümə gəldi.

Məni danlamağa başladı ki, işçim niyə bayraq sancmalıdır və Bəxtiyar kimdir ki, sən ona kömək edirsən? Xatırladım ki Bəxtiyar 1-ci Qarabağ müharibəsi iştirakçısıdır.

Bundan sonra bir neçə təzyiqlər oldu, amma yenə dözdüm. Sonda başqa şöbəyə keçmək istədiyimi bildirdim, dedilər get, ərizəni yaz, işdən çıx”.
7gun.org Reportyor.info-ya istinadən xəbər verir ki, bu sözləri Şixəliyev Rafət Həsrət oğlu “Xəzər” telekanalının baş direktoru Murad Dadaşova müraciətində yazıb.

Onun sözlərinə görə, 6 oktyabrda Ruslan və Çingiz adlı yoldaşlar bir neçə saat foyedə saxlayıblar: “Sonda otaqlarında yanına çağırıb mənə ərizəmi yazmağımı tələb etdilər.

Mənsə bu şöbədə yox, digər şöbədə işləmək istədiyimi bildirdikdə Ruslan yüksək səslə mənə hədə-qorxu gələrək “Ya bu şöbədə fəhlə işləməlisən, zibil daşımalısan, ya da ərizəni yazıb “Xəzər” TV-dən getməlisən” dedi.

Çingiz də öz növbəsində Ruslana dəstək verərək sakitcənə misallarla məni yumşaldıb ərizəmi yazdırmaq istədilər, çox sıxdılar və məcbur etdilər ki, işdən çıxım. Amma çıxmadım.

Hörmətli Murad müəllim, sizin Qəbulunuzda olarkən soruşduğunuz bir neçə suallara cavab verə bilməməyimin də səbəbi mənə görə kimlərinsə başıaşağı olması və işdən çıxmalarını istəməməyim idi.

Düşündüm ki, gözlərimdə məsumluğu siz dərk etmiş olarsınız. Və qəbulunuzdan çıxandan sonra hər şeyin yaxşı olduğunu hiss etdim, əvvəlki qaydayla işləməyə başladım. Çünki həmin şöbəyə artıq Bəxtiyar rəhbərlik edirdi.

Bir gün sonra Elnarə məni çağırdı, yanında da Çingiz vardı. Mənə çox yüksək səslə qışqıraraq, çox həyasız və tərbiyəsizcə əxlaqdan kənar ifadələrlə məcbur etdi ki öz xahişimlə ərizəmi yazım işdən çıxım.

Amma ərizəmi yazmadım və məni hansısa maddəylə şərləyib çıxaracaqlarını dedilər.

Mənsə məhkəməyə müraciət edəcəm ki, mənə təzyiq göstərib psixoloji zərbə vurublar dedikdə, nəsə bir az düşündülər”.

Şikayətçi deyir ki, sabaha kimi vaxt istəyib: “Həmin an otaqdan çıxanda Bəxtiyarla rastlaşdım, Elnarə Bəxtiyara çox yüksək səslə qışqıraraq dəfələrlə deyirdi ki, sən niyə ona iş tapşırırsan, niyə onunla söhbət edirsən, biz onu işdən qovuruq amma sən ona iş buyurursan.

Sabahısı gün – 9 oktyabr Elnarə məni otağına çağırdı. Yanında Ruslan, və Çingiz də vardı. Bir daha ərizəmi yazmağımı tələb etdi, mənsə nə edirsiz-edin dedim, ərizəmi yazmayacağam.

Onlar da məni çıxarmayacaqlarını və sındırmaqla, foyedə o küncdə bu küncdə saxlayaraq təzyiq edəcəylərini bildirdilər.

Sonda Elçin müəllimi çağırdı və məni çölə çıxartdılar, Elçinlə nə danışıb bilmədim, Elçin müəllim məni otaqına dəvət edib çox mədəni bir şəkildə mənə diqqət göstərərək hər şeyi ətraflı dinlədi.

Mənim də günahsız olduğumu özüdə etiraf etdi, ama başqa heç nə edə bilməyəcəyini bildirdi. Maddi köməklik göstərilməsi üçündə çalışacağını bildirdi, və çox çalışdı ama nəsə alınmadı.

Bir çıxış yolum yalnız ərizəmi yazıb işdən çıxmağım olduğunu bildirdi, və bildirdi ki əks halda burda işləmək sənə çox çətin olacaq, çünki tapşırılıb ki, səni işə buraxmayaq.

Sən yalnız bir köşədə gəlib oturub gedə bilərsən. Məni bir neçə gün bax elədə etdilər bir köşədə saatlarla saxladılar sındırmaqa çalışdılarvə bir müddət məni belə əsir kimi saxlayacaqlarını bildirdilər.

Bir neçə gün əsir kimi özümü hiss etdim, sonda psixologiyam pozuldu, ciddi travma aldım, çox fikir və əsəb keçirdim, sonda Vətən sağolsun deyib təzyiq altında işdən çıxma ərizəmi yazdım.

Nəzərə alsaq ki bunlar hamısı ölkədə geniş yayılan pandemiya zamanı işsizlik problemi olduğu bir zamanda baş verir. Eyni zamanda ölkədə Böyük vətən müharibəsinin getdiyi bir vaxta təsadüf edirdi.

Ən əsası Əmək məcəlləsinin 69.7 bəndindədə belə halların baş verməsi qanunlada qadağandır. Hörmətli Murad müəllim, sizdən xahiş edirəm ki, qeyd olunanları nəzərə alaraq ərizəmi əsassız sayaraq məni yenidən öz işimə qəbul edəsiniz”.

Hörmətlə Şixəliyev Rafət Həsrət oğlu

“Xəzər” TV-dən zorla çıxarılan Rafət Şixəliyev Murad Dadaşova nələr yazdı?

”7GÜN XƏBƏR” qəzetini sosial şəbəkələrdə izləyin, bəyənin və abunə olun:

1. Facebook

2. İnstagram

3. YouTube