Belaruslu bloqer aclığı dayandırır
“Vyasna” insan haqları mərkəzinin yanvarın 24-də bildirməsinə görə, etirazçılar siyasi məhbuslara həmrəylik göstərmək üçün qol-qola girərək insan zənciri düzəldərkən onların çoxu saxlanıbBelarusun populyar bloqeri İhar Losik altı həftədir davam etdirdiyi aclıq aksiyasını dayandırıb.
“Aclıq aksiyasını dayandırmaq qərarı verdim. Niyə? Bunu öz iradəmlə edirəm… İnanılmaz həmrəylik dalğası məni sadəcə mütəəssir elədi”, – o, yanvarın 25-də vəkili vasitəsilə yaydığı bəyanatda deyir.
Yanvarın 15-də bloqerin həyat yoldaşı Darya Losik “Nastoyaşeye Vremya”ya ərinin səhhətinin pisləşdiyini, ona tibb qayğının minimal olduğunu deyib.
Losikin yanvarın 25-də yaydığı açıqlamada onun səhhətiylə bağlı informasiya verilmir.
***
Həftəsonu Minskdə də saxlananlar olubHəftəsonu Minskdə hökumətə qarşı etirazlarda 160-a yaxın nümayişçi saxlanıb. Avqustda Alyaksandr Lukaşenkanın altıncı müddətə prezident seçildiyi rəsmən elan olunandan ölkədə etirazlar səngimir. Müxalifət və yüzminlərlə vətəndaş seçkinin nəticəsinin oğurlandığını iddia edir.
“Vyasna” insan haqları mərkəzinin yanvarın 24-də bildirməsinə görə, etirazçılar siyasi məhbuslara həmrəylik göstərmək üçün qol-qola girərək insan zənciri düzəldərkən onların çoxu saxlanıb. Bloqer, dekabrın ortasından aclıq aksiyası keçirdiyi deyilən İhar Losikin də azadlığa buraxılması tələbi səslənib.
Losik həm də AzadAvropa/AzadlıqRadiosu-nun yeni media texnologiyaları üzrə konsultantı idi. O, iyunda saxlanıb, ictimai asayişin pozulmasına hazırlaşmağa köməkdə ittiham olunur. Bu ittiham üzrə maksimum cəza üç il həbsdir.
24 yaşlı bloqerə dekabrın 15-də əlavə ittiham irəli sürülüb. O, 9 avqust prezident seçkisinin nəticəsinə etirazlarla əlaqədar kütləvi iğtişaşlara hazırlaşmağa köməkdə suçlanır. Losik bu ittihama etiraz olaraq aclığa başlayıb.
“İşgəncənin sinonimi”O, Minskdəki Akrestsina təcridxanasında saxlanır. “Amnesty International” bu məkanı “işgəncənin sinonimi” adlandırır. Keçmiş məhbuslar Akrestsina və Belarusun digər həbsxanalarında mühafizəçilər tərəfindən qəddarlıqla döyülmələrindən danışıblar.
Yanvarın 23-də ölkəni 30 ildir idarə edən Lukaşenkaya etirazların 169 günü tamam olurdu.
Polis seçkisonrası etirazları qəddarlıqla yatırdıb. Müxalifət liderlərinin çoxu ya həbsə atılıb, ya da ölkədən çıxmağa vadar olunub.
BMT yürüşlər başlayanı ölkədə 30 mindən çox etirazçının saxlandığını bildirir. İnsan haqları qrupları işgəncə və pis rəftarla bağlı məlumatlar yayıblar.
Qərb dövlətləri Lukaşenkanı seçkinin qalibi kimi tanımayıb, ona və müttəfiqlərinə sanksiyalar tətbiq edib, buna görə seçkidə saxtalaşdırmanı, polis zorakılığını əsas gətirib.
Lukaşenka isə istefa verməyəcəyini, müxalifətlə danışığa getməyəcəyini deyir.
Minskdə etirazlar keçirilən gün - yanvarın 23-də Rusiyada müxalifət lideri Aleksey Navalnıya dəstək nümayişləri keçirilib, 3 mindən çox etirazçı saxlanıb.
7gun.org-ı sosial şəbəkələrdə izləyin:
1. Facebook2. İnstagram3. YouTube