10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir?-VİDEO


Noyabrın 29-da, saat 17.30 radələrində Zərdabi küçəsində, Qələbə dairəsində 10 AA 322 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün svetoforun qırmızı işığınının sönməsini sona qədər gözləməyib hərəkəti davam etdirməyi kameralara düşüb.

7gun.org xəbər verir ki, bu barədə görüntüləri Qaynarinfo-ya oxuculardan biri təqdim edib.

Belə qayda pozuntusuna görə əksər zaman qəzalar baş verir. Hətta ağır nəticələrlə sonlanır. Bundan əlavə adətən bu seriyalı avtomobillər adətən məmurlara, xidməti avtomobillərə verilir. Axı məmurlar xalqın sadə nümayəndələrinə nümunə olmalıdırlarsa  bu sürücü belə nümunə olur? 

Videogörüntünü təqdim edirik.