Mənzil-Komunal İstismar Sahələrində "ölü canlar"
Bu gün çirkab içində olan sahələrdən biri də Mənzil-Komunal Təsərrüfat birlikləridir. Burada "ölü canlar"ın adına əmək haqqı yazılaraq mınimsənilir. Buna kifayət qədər faktlar göstərmək olar.Nərimanov rayon Mənzil-Komunal Təsərrüfat Birliyində, həmçinin 18, 20 və 30 saylı MİKS-də "ölü canlar"ın olması barədə 7gun.org-a məlumat daxil olub. Məlumatda bildirilir ki, rayon İcra Hakimiyyəti Başçısının və digər vəzifəli şəxslərin göstərişləri əsasında sözügedən müəssisələrə çoxlu sayda işci işə qəbul edərək onların maaşlarını mənimsəyirlər.
Deyilənlərə münasibət öyrənmək məqsədi ilə sözügedən müəssisələrdən yalnız 18 nömrəli MİKS-in rəisi Yusif İbrahimov və 20 saylı MİKS-in rəisi Əflatun Hüseynovla əlaqə saxlaya bildik. Onlar açıqlamalarında deyilənlərin həqiqətə uyğun olmadığını bildirdilər.
7gun.org olaraq adıçəkilən müəssisələrin fəaliyyətləri barədə ətraflı araşdırma aparacağıq.