Mikayıl Cabbarovun yeri görünür!


İşıqsız həyat tərzi Qorxu, həyəcan, böhtan qanımıza o dərəcə hopub ki, uşaqlarınıza da söz deyərkən bu ifadədən istifadə edirik. Doğma balamıza gözümüzlə gördüklərimizi başqalarının adından istifadə etməklə deyirik.

Yazı pozu əhlidə öz abır-həyalarını korrupsiyalaşmış, gecə məktəblərindən orta təhsil haqqında sənəd alıb, hal-hazırda hansısa elm üzrə fəlsəfə doktoru ləqəbini (məhz titulunu deyil ləqəbini) əldə etmişlərdən, məhkəmələrin onlara sədaqətlərindən qorxaraq öz gözləri ilə gördüklərini “deyilənə görə” ifadəsi ilə həyata keçirməyə məcburdurlar. Bəzi oxucular da inanmır, şübhə ilə yanaşırlar.

Nə isə keçək əsas mətləblərə.

Deyilənə görə Təhsil Nazirliyində hansısa bir məmur вüstur düzəldib və bu düstur əsasında müəllimlərin dərs saatları əsil kommunizm siyasi baxışlarıyla bərabər miqdarda paylaşılır. Vakant yerləri kasıb kusubun hesabından  çıxarıb vahid pэncərəyə ötürülür və müəllimlər dərsi yaddan çıxarıb illər uzunu öz hüquqlarını kəsilmiş dərs saatlarını bərpa etməyə yönəldirlər. Mən iqtisad universitetinin aspirantı olaraq düstur anlayışını gecə məktəbində dərs almışlardan izah etməyə utanıram və açığı deyim bir az da ehtiyatlanıram. Əgər nazirlik düstur tapıb düzəldirsə bizim riyazi, fizki, kimyəvi bilik aldığımız düsturlara bir yekə Quş! Əgər doğrudan da bu nazirlik düstur tətbiq edirsə, onda Baş Nazirlik, Maliyyə, İqtisad nazirlikləri nə üçündür və deyilənlər düzdürsə riyazi elmlərin tədrisi nəyə lazımdır? Əgər deyilənlər düzdürsə riyazi elmlərin tədrisi nəyə lazımdır? Əgər deyilənlər düzdürsə bu fakt Təhsil idarəsinə hər dərs saat bölgülərinə görə gəlir mənbəyi deyilmi? “Deyilənə görə” Təhsil idarə (Söhbət İmişlidən gedir) rəhbərlərinin məktəb direktorlarının qohumu əqrəbələri 30 dərs saatına malik əmək haqları alırlarsa, onlar üçün vakant yer toxunulmazdırsa deməli düstur birtərəflidir və onun tətbiqi qohumlara ziddir. Deyilənə görə Hesablama Palatası İmişli təhsilində küllü miqdar yeyinti aşkarlayıb və korrupsiya ilə mübarizə baş idarəsinə göndərib. Qurulan maxinasiya hələ bu dünyada tətbiq olunmayıb. Düstur bundan ibarətdir ki, direktor vəzifəsindən “azad olunur” , dərs hissə müdürlərindən kənarda qalmaları üçün ərizələr alınır, direktorlar bu vəzifəyə təyin olunur və onlara direktor əvəzi vəzifəsi həvalə edilir və köhnə hamam köhnə tas. Şəriklər də bu gün təhsil rəhbərləri vəzifələrində “at oynadırlar”. Bir sözlə dərs demək yaddan çıxıb, müəllimlər başları hayındadırlar. Deyirəm bu düsturların məsələn Səhiyyə Nazirliyinə və həkimlərə, Meliorasiya və su təsərrüfatı ASC-də su mirablarından tutmuş, su idarə rəhbərlərinə düsturun tətbiqi tapşırılsa başımıza haranın daşını salmalıyıq? Deyilənə görə Vergilər Nazirliyində də “Vahid pencərə” düsturu fəaliyyətdədir. Vahid deyilən pencərə ya qapı varsa onda nəyə görə nazirlikdə onlarla müxtəlif adda departament, şöbə idarə yaradılıb. Bu yaxınların söhbətidir. Bir nəfər zərərçəkmiş nazirliyə şikayət ərizəsi göndədir. Departamentlərdən birinin Elçin adlı rəhbəri cavab verir ki, “Sizin hüquqlarınızı pozan MMC-nin (İmişli spirt zavodunun) direktoru şikayətinizdən faktı təsdiq etdi. Məsləhət görünür ki, nazirliyin digər departamentlərinə ərizə verin. Vahid pencərə budurmu? Niyə zərər çəkən bir də 2-3 manat zərərə düşüb rabitə xərci çəkməlidir, 20-30 gün gözləməlidir və təminat varmı ki, o da başqa departamentə göndərəcək ya yox! Elə 1-ci rəisi özü yanındakı departamentə göndərəydi dəəə!

Yəqin ağlı kəsmir, çünkü qarşılarındakı güclü oliqarxdır. Dostlar vaxtı ilə Fərhad Əliyedə “pəncərədən” dəm vururdu: “Öz məhsulumuz… nə bilim nə!” İndi xarici məhsulla qidalanır. Yadınızda möhkəm saxlayın! Deyilənə görə ifadəsi burada işləmir . İmişlidə olmuş hadisədir. Kəndə yaşayan bir varlı rayonda torpaq sahəsi alır. Daşı, sementi və zəruri materalları ustaya təhvil verir, bəri başdan da ustaların pullarını ödəyir. İki aydan sonra gəlir görür ki, usta axırıncı mərtəbəni hörür. Görür ki qapı-pəncərə hörgüdə yaddan çıxıb. Deyir ay usta qapı-pəncərə cəhənnəm, sən ikinci mərtəbədən necə düşəcəksən?! Deyə bildinmi?
Vahid pencərə sadəcə bəhanədir. Ay Mikayıl Cabbarov Vallah Təhsildə yerin görünür.

Məhbub Zülfüqarlı