AXCP fəalı Turan İbrahim oğurlanıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Turan İbrahimi bazar ertəsi saat 13:30 radələrində naməlum şəxslər tərəfindən oğurlanıb.

7gün tv xəbər verir ki, bu barədə onun atası - AXCP sədrinin müşaviri Məmməd İbrahim bildirib.

Onun sözlərinə görə, mülki geyimli üç şəxs Turanın iş yerinə gəlib və onu Chrysler markalı 10 DD 010 dövlət nömrə nişanlı avtomobillə aparıblar.