MERO rəisi dəyəri milyonlarla ölçülən var-dövləti necə əldə edib? - NARAZILIQ


Ucar rayon sakinləri-Əliyev Zaur Qorxmaz oğlu, Cəbrayılov Tural Malik oğlu, Seyidov Sadiq Əhməd oğlu, Babayev Akif Gülağa oğlu, Məmmədov Rasim Kamil oğlu, Əhmədov Cavid Nazim oğlu və
Qasımov Qabil Mobil oğlu DİN- in BDYPİ-nin Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindəki rüşvətxorluq hallarından şikayətçidirlər.


"Digər "mero''larla müqayisədə burada qiymətlər kəllə-çarxa çıxıbr. Belə bir səbəbdən də bu ünvana üz tutan sakinlər olmazın həddə soyulurlar.
Bu cür vəziyyət Cavanşir Vəliyev Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə rəis təyin olunandan sonra baş verib. Adam deyir ki, "burada mən Bağdadda kor xəlifədir".
Sürücülük vəsiqəsi almaq üçün 1400 manat rüşvət verilməlidir, avtomobilin qeydiyyatı 600 manat, texniki baxış kiçik avtomobillər 100, yük maşınları 200 manata edilir. Nömrə, sürücülük vəsiqəsinin dəyişdirlməsi 200-300 arası olunur.
Texniki baxışdan avtomobili gətirilmədən keçirmək üçün kiçik avtomobillər 200, böyüklər isə 400 manat təşkil edir.

Yevlax Rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin milyonlarla manat dəyərində olan malikanələri, ticarət obyektləri, yanacaq doldurma məntəqəsi, şadlıq evi və bahalı avtomobilləri var.Təkcə Bakı şəhərində 14 yerdə mənzili, Qəbələdə, Qaxda, Qubada və Göyçayda villaları var. Cavanşir Vəliyev əslən Göyçayın Qarabaqqal kəndindəndir. İki böyük mal-qoyun ferması var ki, hər birində 3000 baş qoyun və inəklər saxlanılır.

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə gedən şəxsləri ilk olaraq Cavanşir Vəliyevin özü ilə Göyçaydan gətirdiyi dəllallar qarşılayır. Qiyməti onlar oxuyub pulu alıb korrupsiya əməliyyatını həyata keçirirlər.

Rüsumların həddən artıq şişirdilməsinə etiraz edənlərin isə avtomobillərinə qanunsuz əngəllər yaradırlar. Gah deyilr ki, mühərrik nömrəsi düz deyil, avtomobilin ban nömrəsi dəyişdirilib, rəngi düz gəlmir maşında şübhə var. Bu yolla avam insanları aldadıb istədikləri pulu ala bilirlər. Cavanşir Vəliyev sanki dövlət idarəsini özəlləşdirib bazar edibdir.
Vətəndaşlar çox əziyyət çəkirlər və açıqca şəkildə soyulurlar.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək nizam-intizam olduğu halda Cavanşir Vəliyevin dövlət idarəsini bazara döndərməsi yolverilməz bir haldır.

Hörmətli Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan xahiş edirik ki, bu problemə diqqət edib Cavanşir Vəliyev barədə tədbirlər görsün"-deyə, vətəndaşların müraciətlərində qeyd edilir.

7GÜN XƏBƏR olaraq, yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.