İctimai Şuraların son vəziyyəti


22 noyabr 2013-cü ildə qəbul edilən İctimai İştirakçılıq haqqında Azərbaycan Respublikasının qanun 2014-cü il iyunun 1-dən qüvvəyə minmişdir. Ötən illər ərzində ictimai iştirakçılıq bir o qədərdə aktual olmasada 2020-ci ilin sonundan bu sahədə canlanma baş vermiş, müxtəlif nazirliklər, komitələr , agentlik və dövlət xidmətləri yanında ictimai şuralar yaradılmişdir.

İctimai şuraların yaradılması , seçkili orqan kimi fəaliyyəti, seçkilərin keçirilməsi prosessi sosial şəbəkələrdə ciddi təndiq olundu. Tənqidçılər ictimai şuralarada seçkiləri ənənəvi əvvəlcədən nəticəsi bəlli olan təyinatlı prosess olduğunu qeyd ediblər.

Eyni QHT nümayəndəsinin müxtəlif ictimai şuralarda təmsil olunmasına heç bir məhdudiyyət olmasada reallıqdada bunu görmək olur ki, bir neçə QHT nümayəndəsi demək olar ki, əksər ictimai şuralarda təmsil olunur, bu sahəyə öz töhvəsini verə biləcək ekspertlər isə şuralardan qıraqda qalmışdır.

Bəs ictimai əsaslarla olan və kifayət qədər vaxt və əsəb sərf olunan içtimai şuralarda təmsil olunma marağı nədən irəli gəlir. Heç bir maddi ödənişsiz, ictimai əsaslarla fəaliyyət göstərən ictimai şuralarda təmsil olunma QHT nümüyəndələri üçün nədən büqədər maraqlıdır?

Bu sula Milli Mədəniyyətin Təbliği ictimai birliyi ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qrumlarının fəaliyyətində şəffalıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyəti insititutlarının, ictimai fəal insanların iştirakçılığının artırılması üçün pilot layihəsi çərcivəsində həyata keçirdiyi 15 sorğu və ekspert araşdırması nətişəsində cavab tapmağa çalışıb.

Təəssiflə qeyd etmək istərdik ki, ictimai şuralarda təmil olunan bəzi QHT nümayəndələrinin təmsilçiliyi şəxsi maraqlara bağlıdır. QHT sədrləri ictimai şuarlardan yararlanma halları kifayət qədərdir. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında içtimai şuranın sədri Elbay Qasımzadənin rəhbərlik etdiyi “EL & EN" firması elə həmin qrumun keçirdiyi tenderlərdə dəfələrlə qalib olub.

Yeniavaz.com xəbər verir ki, “EL & EN" firması Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Göytəpə şəhərinin baş planı üçün komitədən 149 min 694 manat 80 qəpik pul alıb. “EL & EN" firması 24.01.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Firmanın qanuni təmsilçisi Azərbaycanın tanınmış memarı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə olub.

Onu da bildiririk ki, Elbay Qasımzadənin qanuni təmsilçisi olduğu “EL & EN" firması ötən ay Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi olub. “EL & EN" firması 153 min manat alaraq Astara şəhərinin baş planını tərtib edəcək.

Xeber.media saytinin verdiyi məlumatda isə deyilir: “ Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 11 milyon 304 min 853 manatlıq tenderə yekun vurub. Qlobal.az istinadən verilən xəbərdə qeyd edilir ki, işğaldan azad edilmiş rayonların 22 yaşayış məntəqəsinin layihələndirilməsi lotu üzrə tender olub. Tenderdə “Qala Group” MMC, “Bureau Mühit” MMC, “RİM Memarlıq” MMC, “BİMD” MMC və Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu olub. Qlobal.az-ın əldə etdiy məlumata görə “Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında ictimai şuranın üzvüdür. Xatırladaq ki, Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərir.

Sorğuda iştirak edən respondentlərin 60 %-dən çoxu ictimai şuraların fəaliyyətini qeyri-qənaətbəxş və dövlət qurumlarından ası olduqlarını, xalqın mənafeyinə xidmət etmədiklərini qeyd ediblər.

Milli Mədəniyyətin Təbliği ictimai birliyi ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qrumlarının fəaliyyətində şəffalıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyəti insititutlarının, ictimai fəal insanların iştirakçılığının artırılması layihəsinin icrası çərcivəsində bütün dövlət strukturlarına məktublar göndərərək ictimai şuraların açıq və bütün arzu edən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakçılığı üçün platformanın yaradılmasını tövsiyyə etmişdir.