Direktor və mühasibə cinayət işi açıldı
Təhsil Nazirliyinin Abşeron-Ceyranbatan Peşə Liseyinin direktoru Əliyar Allahverdiyev və liseyin mühasibi Xəqani Məmmədovun barəsində cinayət işi başlanıb.7gun.org xəbər verir ki, Əliyar Allahverdiyev və Xəqani Məmmədovun barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Əliyar Allahverdiyev Abşeron-Ceyranbatan Peşə Liseyinin direktoru vəzifəsində işləyərkən həmin liseyin baş mühasibi Xəqani Məmmədovla qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib.