Sumqayıt gömrüyündə nələr baş verir?


Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları
2022-ci ildən etibarən ölkənin gömrük sistemində başlanan islahatlar, ciddi həbslərlə yadda qaldı. Bu islahatlar çərçivəsində bir neçə gömrük generalı həbs edildi, onlarla şəxs vəzifədən azad olundu və gömrük idarələrinin rəisləri dəyişdirildi. Bu tədbirlər, gömrük sistemindəki korrupsiya və qanunsuzluq hallarının aradan qaldırılmasını hədəfləyirdi.


Amma... Əmması budur ki, deyəsən Sumqayıt Gömrük İdarəsinin bəzi əməkdaşları o həbsləri yaddan çıxarıblar və yenə köhnə əməllərini davam etdirirlər.

Belə ki, o zamankı islahatların fonunda, uzun illər gömrük sahəsində tanınmış şəxslərin arxivə göndərilməsi, xüsusilə də o zamankı Sumqayıt Baş Gömrük İdarəsinin "kralı" adlandırılan Yusif Təhməzovun taleyi də diqqət çəkən idi. Yəni, bir ərizə ilə yola saldılar. Amma onun "yadigarları" hələ də Sumqayıt gömrüyündə fəaliyyətini davam etdirir, köhnə əməllərini yerə qoymurlar.

Məlumatlara görə, hazırda Sumqayıt Gömrük İdarəsində çalışan Emin Həsənov, Musa, Rizvan və digər əməkdaşlar, Yusif Təhməzovun dövründə baş verən qanunsuzluqları davam etdirirlər. Bu şəxslərin qanunsuz fəaliyyətləri, gömrükdə fəaliyyət göstərən şirkətlərə ciddi dəstək verərək, dövlətə və büdcəyə ziyan vurduqaları deyilir.

Onların, ölkədə hündürmərtəbəli binalar tikən şirkətlərə böyük pullar qazandırdıqları iddia edilir. Ölkəyə gətirilən tikinti avadanlıqları və santexnika malları, bu şəxslərin köməkliyi ilə tikinti şirkətlərinin adına qeyri-qanuni şəkildə rəsmiləşdirilir, nəticədə, bu şirkətlərin xərc dövriyyəsi şişirdilir, Bir qədər də dəqiqləşdirsək, bina tikən şirkətlərə şərait yaradırlar ki, qazancı az göstərməklə, vergidən yayınsınlar.

Həmçinin, qeyd etmək lazımdır ki, bu şəxslərin fəaliyyəti ciddi qanunsuzluqlarla doludur. Qanunsuz şirkətlərin fəaliyyətinə dəstək olmaqdan tutmuş, sahibkarlara dəstək durmağa kimi...

Lakin, 1 ildən artıqdır ki, Sumqayıt Gömrük Postuna rəis təyin edilən Tariyiel Allahverdiyev, bu halları görməzlikdən gəlir. Bu vəziyyət, baş verənlərin nəzarət altında olmaması sualını doğurur. Əgər o, baş verənləri görürsə, niyə müvafiq tədbirlər görülmür? Yox əgər görmürsə, o zaman Sumqayıt Gömrük İdarəsində "Yusifin yadiğarlarının" fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Xocasən Gömrük Postunda çalışan Mirzə adlı məmurun fəaliyyəti də ciddi araşdırılmalıdır. O da "Yusifin yadiğarr" hesab olunur.

Beləliklə, Sumqayıt Gömrük İdarəsində xidməti yoxlama aparılması, Dövlət Gömrük Komitəsinin rəisi Şahin Bağırovun məsuliyyətidir. Bu şəxslərin fəaliyyəti barədə aidiyyatı qurumların rəhbərləri bəlkə də məlumatsızdırlar. Araşdırma aparmaqla nələrin baş verdiyin ortaya sərmək olar. Bir ərizə ilə bu şəxslərin əməllərinə son qoymaq olar. Nəticədə, həm gömrük xidmətinin fəaliyyəti daha şəffaf olacaq, həm də dövlət büdcəsi qazanacaq.

"Bizim Xəbər"

Tarix: 26.10.2024