Məhkəmə sabiq rəisin şikayətini təmin etməyib


Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin həbsdə olan sabiq rəisi Tofiq Həsənovun şikayətinə baxılıb.

7GÜN XƏBƏR xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində hakim Əsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Tofiq Həsənovun apellyasiya şikayətinə təmin edilməyib.

Xatırladaq ki, Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.