Vətəndaşların qızıl-zinət əşyalarını mənimsəyən "Pro Finans" MMC-yə hansı məmur havadarlıq edir?


Zöhrə Alışova "Pro Finans" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kəyan Novruzovun qanunsuz hərəkətlərindən şikayətçidir.

O, 85 yaşında xəstə anası və epilepsiya xəstəsi olan övladını müalicə etdirmək üçün maddi imkanı olmadığından bacısının və qonşusunun qızıl-zinət əşyalarını "Pro Finans" Məhdud Məsuliyyətli Cəmiyyətində girov qoyaraq pul götürdüyünü, götürdüyü pulu vaxtı-vaxtında ödədiyini, lakin girov qoyduğu qızıl-zinət əşyalarının geri qaytarılmadığını deyir.

Zəhra Alışova bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin və Respublika Prokurorluğunun rəhbərliyinə, həçmçinin Yasamal rayon Polis İdarəsinə və rayon Prokurorluğuna şikayət etdiyini, lakin "Pro Finans" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kəyan Novruzov barəsində obyektiv və ədalətli araşdırma aparılmadığını bildirir. Maraqlıdır ki, insanların əmlaklarını mənimsəyən direktor barəsində olan şikayətlər niyə araşdırılmır?

Əldə etdiyimiz məlumata görə "Pro Finans" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kəyan Novruzovun belə əməllərindən əziyyət çəkən təkcə Zöhrə Alışova deyil. Deyilənə görə Kəyan Novruzov paytaxtda saysız-hesabsız insanların əmlaklarını qanunsuz yollarla mənimsəyib. Təssüf ki, buna görə ona "gözün üstə qaşın var" deyən yoxdur.

Ola bilər ki, "Pro Finans" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Kəyan Novruzovun arxasında dayanan böyük qüvvələr var. Buna görə də onun barəsində edilən şikayətlərin heç bir nəticəsi olmur. Bu da onun əl-qolunu daha da açmış olur. Bizə verilən məlumata görə direktorun özü də orda-burda ona yüksək çinli məmurun himayədarlıq etdiyini, bu səbəbdən də toxunulmaz olduğunu deyir. Bzim özümüz üçün də maraqlıdır ki, insanların əmlaklarını mənimsəyən direktorun arxasında duran həmin o məmur kimdir?

Qarşı tərəfin mövqeyini öyrənmək üçün şirkətin nömrəsi ilə əlaqə saxladıq. Zöhrə Alışova onlardan şikayət etdiyini bildirdik. Bizə qısa olaraq "hörmətlə yanaşırıq" cavabı verildi.

Biz, "Pro Finans" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə mövzuya qayıdacağıq.

Aygün Mustafayeva