Şamaxıda Mərdan Nəhmətov kabusu-Video


Saxta diplomlu məmuru radikal müxalifətə nələr bağlayır?

Şamaxı rayonunda son aylarda baş verən məmur özbaşınalığı, rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədovun yarıtmaz fəaliyyəti böyük narazılığa səbəb olmaqdadır. İcra başçısının sağ əli hesab olunan rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovun insanları hədələməsi, təhqir etməsi və rüşvətxorluğu yaranmış narazılıqların əsas səbəbi sayılır. Şamaxıda qanunsuz tikinti işlərinə nəzarət edən Mərdan Nəhmətov kənd icra nümayəndələri və bələdiyyələrin işlərinə əsassız nəzarət etməklə onları öz saxtakar əməllərinə şərik etməkdədir. Bu məmurun rayonda obyektlər sahibi olması, rayonun kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarında özünə villalar, istirahət mərkəzi tikdirməsi ona yaradılan şəraitin nümünəsi sayılır. Şamaxının Heydər Əliyev prospektində yolu zəbt edən obyektlərdə Həhmətova aid olmaqla onun hegemonluğunun məhsuludur.

Tahir Məmmədovun yaxın adamı kimi tanınan Mərdan Nəhmətovun qaranlıq həyat hekayəsinə nəzər salanda bu şəxsin illərdir cinayət törətdiyi və müxtəlif vəzifələrdə qanunsuz olaraq çalışdığı üzə çıxır. Bir neçı il saxta diplomla Qobustan rayon hərbi komissarı işlədiyi iddia edilən Mərdan Nəhmətovun saxtakarlığına məlum olmayan səbəblərdən göz yumulub. Şamaxı rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovun saxta diplomu Ukrayna respublikasından əldə etdiyi məlumdur. Həmin diplomun Təhsil nazirliyi tərəfindən tanınmaması və Nəhmətovun ümumiyyətlə ali təhsil almadığı üzə çıxıb. Bu faktların danılmazlığına şübhə edilmədiyi bir zamanda rayon icra başçısı Tahir Məmmədovun adıçəkilən məmuru yüksək vəzifəyə təyin etməsi bir sıra suallar ortaya çıxarır?

Aparılan araşdırmalardan məlum olur ki, Mərdan Nəhmətov icra başçısını arxayın edib ki, o Avropada yaşayan radikal müxalifətçilərlə yaxındır və digər rayon icra başçıları haqqında sosial şəbəkədə səslənən təhqirlərin Tahir Məmmədova qarşı işlənməsinin qarşısını alır. Bununla yanaşı saxta diplomlu məmur ölkədə fəaliyyət göstərən radikal müxalifətçilərlə də sıx dostluq edir və həttə Şamaxıda onları tez-tez qonaq edir, onlara xüsusi xidmət göstərir. Bu səbəblərdən başqa saxta diplomlu Mərdan Nəhmətovun icra başçısı üçün yaxşı rüşvət topladığı şamaxılılara gün kimi aydındır. Tahir Məmmədovun xoş olmayan arzularını hərtərəfli gerçəkləşdirən məmurun rayonda söz sahibi olması və insanlarla pis rəftarı ciddi ertirazlara səbəb olub. Rayon sakinləri redaksiyamız vasitəsilə Cənab Prezidentə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edərək Mərdan Nəhmətovun saxta diplomla necə vəzifəyə təyin olunduğunu, saxta diplomu necə əldə etdiyini və digər qanunsuz əməllərinin araşdırılmasına göstəriş verilməsini xahiş edirlər.

Biz növbəti materialda Mərdan Nehmətovun radikal müxalifətçilərlə işbirliyi və onun digər qanunsuz əməlləri barədə geniş bəhs edəcəyik. Bizi izləyin!