Başı bəlalı binalar!
Bakı, 27/02/2023, 7GÜN XƏBƏR: Türkiyədə baş verən zəlzələdən sonra bütün dünya təlatum içindədir. Əsasən də tikinti materialları. Deyirlər " Şərur İnşaat" MTK- nın istifadə etdiyi tikinti materiallarından qumla kərpic və ya qırmızı blok mübahisə edirmiş ki, bizi biri birimizə yapışdiran sementin heç keyfiyyəti yoxdur. Odur kiçik külək əsəndə biz tez dağılırıq.
Bu söhbəti çatdırırlar sementə. O da möhkəm əsəbləşir. Xəbər göndərir onlara ki, mən sizin aranızda heç olmamışam. Mənə böhtan atmayın. Yoxsa şirkətin rəhbəri İsfəndiyar Axundova şikayət edərəm. O heç imkan verir ki, biz görüşək. Məni qul edib satır tikinti materialları bazarında.
Bu məsələdən hali olan beton-metal konustruksiyalar da başladılar qan ağlamağa. Almaturlar deyirdilər:- 18-20 mərtəbəli binalarda bütün ağırlıq düşür kiçik - 12 diametirlik qardaşlarımızın üzərinə. 40x40 sm ölçüdə olan sutunlarda ancaq əzab dörd kiçik qardaşın çiyinlərindədir. Hətta qonşularımız mişar daşı, kərpic və ya qırmızı blokla qonşuluq etməyə qoymur bu İsfəndiyar Axundov.
Deyirlər odur "Şərur Inşaat" MTK- nın istifadəyə verdiyi evlərin birində mənzil sahibi qonağı ilə söhbət edərkən söykənir divara. Onda ayılır ki, divarın altından onu çıxarırlar. Xoşbəxtlikdən qonşunun mənzilinə yox, öz mənzilinin yataq otağına uçub divar.
Görəsən, Allah etməsin Azərbaycanda zəlzələ olarsa bu mənzil sahiblərinin aqibəti necə olacaq?
Növbəti yazılarda belə şirkətlərin vergidən necə gizlənmələri, işçi ilə əmək müqavilələrinin olmaması və ya çoxlu işçi işlədib azı ilə sənədləşmə aparılması və sair saxtakarlıqlar barədə məlumat verəcəyik.
Aygün