“Bioloji Təbabət”ın sahibi ilə Abşeronun sabiq icra başçısnın ortaq biznesi…
Elxan Yaqubovun adı ölüm işində hallanıb?…Bəzən apardığımız jurnalist araşdırmaları zamanı “Kimin əlinin kimi cibindən çıxdığını” görəndə adam mat-məəttəl qalır. Və düşünürsən ki, bunların arasında hansı əlaqə ola bilər..? Amma… Əmması odur ki, 30 ildən çoxdur yaşadığımız kapitalizm formasiyasında hər şey mümkündür. Sözün düzü, “Bioloji Təbabət Klinikası”nın sahibi Elxan Yaqubovla Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovanın biznes şərikliyini görəndə xeyli təəccübləndik. Amma unutmayaq ki, İradə Gülməmmədovanın ailə üzvlərinin, həyat yoldaşınn, qardaşının və s adına xeyli sayda klinikalar, apteklər var.
Bəli, sabiq icra başçısının həyat yoldaşı Yolçu Katamzya oğlu Gülməmmədovun adına xeyli sayda apteklər və özəl tibbi müəssisələri var. Və Yolçu Gülməmmədovun “Vimay-Med” Tibb Mərkəzi, həm də “Afgen” Klinikası “Bioloji Təbabət Klinikası” ilə birgə fəaliyyət göstərir. Yeri gəlmişkən, “Vimay-Med” və “Afgen” Klinikasının təsisçilərindən biri də Türkiyə vətəndaşı Səlcuq İbrahimdir. Qanuni təmsilçisi isə Yolçu Gülməmmədovdur. Bəli, İradə Gülməmmədovanın klinikası ilə Elxan Yaqubovun “Biloji Təbabət Klinikası” təkcə bir binada yerləşmir, həm də… “Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən “Planeta” (Elxan Yaqubov) apteklər şəbəkəsi satır. İradə Gülməmmədova ilə Elxan Yaqubovun daha dərin münasibətləri, daha doğrusu, biznes münasibətləri barədə uzun-uzadı danışmaq istəmirik. Çünki yazının əsas mövzusu, İradə Gülməmmədova deyil, Elxan Yaqubovdur. Media üzərindən apardığımız araşdırma zamanı Elxan Yaqubova məxsus apteklərdə “şübhəli” dərmanların satılması, hətta onun istintaqa çağırılması barədə də xeyli informasiyalar var. Bəli, Elxan Yaqubovun adı mediada daha kimlərlə hallanmır.
Təsəvvür edirsiniz, reputasiyası bu qədər şübhəli klinikanın haralarda filialları yoxdur.
Bəli, Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialı var. Bu boyda şəbəkə göydən düşə bilməzdi. Deməli, bu şəbəkənin arxasında ciddi bir mərkəz var. Biz biloji təbabətin nə olduğu, Elxan Yaqubovun keçdiyi həyat və biznes yolu barədə uzun-uzadı yazmaq istəmirik. Amma xüsusi olaraq onu qeyd edək ki, əslən Göyçay rayonundan olan Elxan Yaqubov rayon səhiyyə şöbəsi, Rayon Mərkəzi Xəstəxanası ilə gizli sövdələşmələr edir. Belə ki, Elxan Yaqubov öz müsahibəsində müasir tibbi avadanlıqlardan danışır, hətta deyir ki, bu başqa klinikalarda yoxdur. Hətta onu da deyir ki, bizdə elə müayinə üsulları var ki, qulağın məməciyindən götürülən bir damla qanı qaranlıq sahəli mikraskopda analiz etməklə orqanizmdəki gizli qalan bir çox xəstəlik haqda məlumat ala bilirik. Hansı ki, bu məlumatları heç bir başqa laboratoriyada etmək olmur.
Birincisi ondan başlayaq ki, Elxan Yaqubov deyir ki, böyük pullar xərcləyib xaricdən ən müasir tibbi aparatlar gətirmişik. Əgər belədirsə, niyə..? Bəli, Səhiyyə Nazirliyinin dövlət vəsaiti hesabına alıb Göyçay Mərkəzi Xəstəxanasına verdiyi ən bahalı müayinə aparatları nə üçün “Bioloji Təbabət Klinikası”na aparılıb..? Bəs deyirsən xaricdən baha qiymətə almışıq, cənab Elxan Yaqubov..? Sizə məxsus “Planeta” apteklər şəbəkəsində nələr satılmır, cənab Elxan Yaqubov..? Yeri gəlmişkən, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov Səhiyyə Nazirliyinin rayona verdiyi bahalı tibbi avadanlıqları dostu Elxan Yaqubovun “Bioloji Təbabət Klinikası”na bağışlayıb.
Deməli, dövlət vəsaiti hesabına alınan tibbi avadanlıqları Elxan Yaqubov pullu xidmətə yönəldib. Budur sizin ölkəyə gətirmək istədiyiniz müasir tibbi xidmət, cənab Yaqubov..? Yeri gəlmişkən, Göyçayın baş həkimi Elçin Bilalov vaxtilə “Bioloji Təbabət” xəstəxanasında dərman alveri edirmiş. Hələ bunlar harasıdır..? Qalmaqallı “Bioloji Təbabət” klinikasının rəhbəri Elxan Yaqubovun adı deyilənə görə, ölüm işində hallanır. Amma bu məsələnin ciddiliyini nəzərə alaraq Elxan Yaqubovla dəfələrlə telefon əlaqəsinə çıxmaq istəsək də heç bir nəticə əldə edə bilmədik. Növbəti yazımızda Elxan Yaqubovun istintaqa çağırılmasından, onun Azər Əliyevlə yaxın münasibətlərindən və kimin adından istifadə etməsindən bəhs edəcəyik.
P.S. Xahiş edirik dostlarımızı narahat etməyin. "Gündəlik Bakı"