Kanada Belarus Müdafiə Nazirliyinin rəhbər şəxslərinə sanksiya tətbiq edir


Kanada Belarus rəhbərliyinə Ukraynanın işğalında iştirak etdiyinə görə yeni sanksiyalar tətbiq edir.

CNN-ə istinadən, bu barədə Kanadanın xarici işlər naziri Melani Culi bildirib.

Yeni sanksiyaların Rusiyanın hərbi əməliyyatlarında Belarus ərazisindən istifadə etməsini dəstəkləmiş Belarus Müdafiə Nazirliyinin 22 rəhbər rəsmisinə şamil ediləcəyi bildirilib.

“Belarus rəhbərliyi də Vladimir Putinin səbəbsiz hücumlarını mümkün etdiyinə və dəstəklədiyinə görə məsuliyyət daşımalıdır. Kanada Aleksandr Lukaşenkodan Rusiyanın işğalını dəstəkləməsinə son verməsini istəyir. Biz daha çox addım atmaqda tərəddüd etməyəcəyik. Dünya izləyir”, - Melani bildirib.

Qeyd edək ki, Kanada Ukraynanın işğalı ilə əlaqədar fevralın 24-dən sonra Rusiya, Ukrayna və Belarusda fərdlərə və təşkilatlara ümumilikdə 500-dən çox sanksiya tətbiq edib.