Rusiya və İran Prezidentləri arasında telefon danışığı olub
Rusiya və İran Prezidentləri arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Vladimir Putin hərbi əməliyyat keçirmək qərarı və Ukrayna ətrafında vəziyyətin inkişafı barədə İran Prezidenti İbrahim Rəisiyə məlumat verib.
İran Prezidenti öz növbəsində ABŞ və NATO-nun sabitliyi pozan hərəkətləri ilə bağlı Rusiyanın təhlükəsizlik narahatlıqlarını başa düşdüyünü bildirib.
İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının qorunub saxlanılması və tam həyata keçirilməsi üçün diplomatik səylərlə bağlı məsələlər nəzərdən keçirilib. Qeyd olunub ki, Hərtərəfli Fəaliyyət Planı üzrə yekun razılaşmanın əldə olunması regional sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verəcək.