Britaniya Rusiyaya qarşı sanksiyaları G7 və Aİ ilə razılaşdırıb
Böyük Britaniya Rusiyanın Ukraynaya hərbi müdaxilə etdiyi təqdirdə ona qarşı tətbiq olunacaq sanksiyaları "Böyük Yeddilik" (G7) və Avropa İttifaqının (Aİ) tərəfdaşları ilə artıq razılaşdırıb.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"Güzəştlər Rusiyanı hərbi müdaxilədən saxlamayacaq. Biz Ukraynanı dəstəkləməklə güc nümayiş etdirməliyik. Fövqəladə hallar zamanı sərt sanksiyalar paketinin hazırlanmasını təmin etməliyik. Artıq bu sanksiyaları G7-dəki müttəfiqlərimiz və Almaniya da daxil olmaqla Aİ ilə razılaşdırmışıq", - Böyük Britaniyanın xarici işlər naziri bildirib.