Polis polkovnikini öldürən şəxs 19 il azadlıqdan məhrum edilib


Bakıda xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E. Hüseynov 19 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında qeydə alınıb.
Qətlə yetirilən T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi Rayon Polis İdarələrində müxtəlif vəzifələrdə, o cümlədən paytaxtın iki polis bölməsində rəis olub.
Polis polkovniki T.Tağıyev bir neçə il öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.
E. Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.