Rusiyada 4-ü uşaq olmaqla 6 nəfər yanğında həlak olub
Rusiyanın Yakutiya əyalətində fərdi evdə yanğın baş verib.
RİA Novosti xəbər verir ki, ikimərtəbəli evdə baş verən yanğında 6 nəfər ölüb.
Ümumi sahəsi 70 kvadratmetr olan yanğında ölənlərdən 4-ü uşaqdır.
Yanğına səbəb sobadan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi və ya elektrik naqillərində qısaqapanma göstərilir.