Aİ komissarı Bakıda TAP-ın idarəedici direktoru ilə görüşüb


Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi TAP-ın idarəedici direktoru Luka Şieppati ilə görüşüb.
Bu barədə Aİ Komissarı "Twitter"də bildirib.
Görüşdə Qərbi Balkanlara davamlı qazın gətirilməsi, marşrutların şaxələndirilməsi və kömürdən mərhələli şəkildə imtina üçün mənbələrin tapılması yollarını müzakirə olunub.