Almaniyada bolqar jurnalistin ölümündə şübhəli bilinən bir nəfər saxlanılıb


Araşdırmaçı jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən 21 yaşlı Severin Krasimirov adlı bir nəfər Almaniyada saxlanılıb.

Onun DNT-si qətlin baş verdiyi yerdən götürülən biometrik informasiyalarla üst-üstə düşüb. Hələ sübut edilməyən ehtimalallara görə o, jurnalisti qətlə yetirməyi əvvəlcədən planlaşdırmayıb.

Nə baş verib: 6 oktyabrda 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinova Rusa şəhərindəki parkda ölü tapılıb. O, vəhşicəsinə döyülüb və zorlanaraq öldürülüb.