Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya düşdü


Yasamal rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

7gun.org-ın məlumatına görə, ABŞ səfirliyinə məxsus "Nissan" markalı avtomobil ilə Faiq Abdullayevin idarə etdiyi "Sanq Yonq" markalı maşın toqquşub. Qəza nəticəsində xəsarət alan olmas ada avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Yasamal rayon DYPŞ-də araşdırmalara başlanılıb.