Den Bilzeryanın barəsində İnterpola müraciət edilib


Azərbaycan Baş Prokurorluğu İnterpola müraciət edərək ABŞ vətəndaşı Den Bilzeryanın barəsində beynəlxalq axtarış elan olunmasını xahiş edib. O, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməkdə ittiham olunur. Bu barədə Baş Prokurorluğun 30 avqust tarixli məlumatında deyilir.

Xatırladaq ki, özünü "poker kralı" adlandıran Den Bilzeryan avqustun 29-da rəfiqəsi ilə birlikdə hərbi təyyarədə Qarabağa gedib.

Qeyd edək ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərinə Bakının razılığı olmadan getmək ölkənin suverenliyinin pozulması kimi qəbul edilir. /Turan.az/