“7GÜN XƏBƏR” qəzeti 2012-ci ildə yaradılıb.
Təsis edildiyi gündən iki il ərzində həftəlik nəşr olunan qəzetdə obyektiv xəbərlər, jurnalist araşdırmaları, insan hüquqları və vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə məqalələr dərc edilirdi. Buna görə bizə qarşı təqib, təhdid və təzyiqlər olurdu.
Bütün bunların məntiqi nəticəsi olaraq 2014-cü ilin ortalarında qəzetin çapı dayandırıldı. Başqa çıxış yolu olmadığını üçün həmin vaxtdan işlərimizi onlayn rejimdə 7gun.org saytı üzərindən davam etdirməyə qərar verdik.
Hazırda ən çox izlənilən media qurumlarından olan 7gun.org saytında ölkə və dünya gündəmi ilə bağlı obyektiv xəbərlər, təhlil və araşdırma məlumatları yayımlanır.
7gun.org-la əməkdaşlıq etmək istəyənlər bizə müraciət etsinlər.
Baş redaktor əvəzi: Mirzə Natiq