O, niyə belə etsin ki?


"Rəşad Tağıyevin Şəmkirdə icra başçısı kimi fəaliyyəti insanlarda ikrah hissi doğurmaqdadır. Atdığı hər addımda etdiyi siyasi səhvlər, kadr məsələlərində acizliyi, kütlə qarşısında çıxışları zamanı qurduğu rabitəsiz cümlələr, mövzuya aid olmayan nitqləri Şəmkir insanlarıda gülüş hissi doğurduğu qədər, narahatlıq hissi yaradır".

7GÜN TV xəbər verir ki, bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqaləə daha sonra bildirilir: "Mətbuatda barəsində getdiyi yazılardan sonra müəyyən mənada özünə çəki düzən verən gənc oğlan, siyasi qabiliyyətsizliyinin növbəti dəfə qurbanı olub. Bundan əvvəl güləş döşəyində vətəndaşlarla qəbul keçirən, barəsində KİV lərdə gedən yazıdan sonra icra hakimiyyəti əməkdaşlarına səs tonunu qaldıran gənc oğlan, yəgin bu dəfə də özündən çıxacaq, emosiyalarını saxlaya bilməyəcək.

Vətən Müharibəsindən sonra şəhid ailələrinin yeganə təsəlli yeri öz övladlarına bulaq komplekslərinin tikintisi olmuşdur. Əksər bulaqlar qəsəbə və kənd sakinlərinin daxili imkanları hesabına tikildiyi hər kəsə məlumdur.
Növbəti bulaq Şəmkir rayonunun Kür qəsəbəsində şəhid Niyaməddin Musayevin adına inşa edilmiş təntənəli açılışı olmuşdur. İlk baxışdan fotolarda hər şeyin qaydasında olduğu görünür. Lakin məsələnin siyasi tərəfi budur ki, həmin bu bulaq illər öncə HEYDƏR BULAĞI kimi açılmış və sakinlərin istifadəsinə verilmişdir. Sual yaranır icra başçısının fərasəti çatmadımı ki başqa ərazidə Şəhid Bulağının açılışını təmin etsin?! Rəşad Tağıyev Ulu Öndər Heydər Əliyevə qarşı niyə belə diqqətsizlik, hörmətsizlik etsin ki?! Bəlkə onu himayə edənlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bəyənmirlər ?!

Necə oldu ki fotolarda düz yanında dayanmış ən yaxın silahdaşı Qüdrət Əliyev, tədbir təşkilatçısı Rasim Mustafayev, Elgün Seyidov bunu görmədi, bilmədi?!"

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
O, niyə belə etsin ki?
O, niyə belə etsin ki?
O, niyə belə etsin ki?