Ceyhun Bayramov Bakıda Avropa Şurasının baş katibi ilə görüşüb


Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç ilə görüşüb.

Bu barədə Azərbaycan XİN rəhbərinin "Twitter" hesabında məlumat verilib.

"Biz Avropa Şurası - Azərbaycan münasibətləri, əməkdaşlığın perspektivləri, regional məsələlər, həmçinin Ukraynadakı vəziyyət barədə hərtərəfli müzakirələr apardıq. Regionun sülh və firavanlıq şəraitində inkişafı ilə bağlı Azərbaycanın mövqeyini bölüşdüm", xarici işlər naziri Ceyhun Bayramov bildirib.