Saatlı İcra başçısı Elmir Bağırov: " Gedin kimə istəyirsiz şikayət edin"
Saatlı əhalisi icra başçısı Elmir Bağırıovdan narazılıq edir.
Saatlı əhalisi icra başçısı Elmir Bağırovun yalan vədlərindən cana gəldiklərini bildirillər. Onlar qeyd edirlər ki, hər həftənin cümə günü qəbulda verilən vəd elə həmin həftədə yaddan çıxır. İcra başçısı şikayətçilərin problemini həll etmir. Cana döymüş şikayətçılər deyirlər: “Əvvəldən qəbul həftənin üçüncü günü idi, verilən vədi etməyəndə səhərisi günü yenidən gəlirdik şikayətə. Elmir Bağırov gənc və savadlı kadır kimi, savadını və biliyini xalqın problemin həll etmək əvəzinə, savadlı şəkildə xalqın anasın ağladıb, atasına od vurmaqla məşquldur. Bir nəfərdə onu dayandıran yoxdur. Dəfələrlə RİH-nə gəlib sosial problemlərimizi desəkdə icra başçısı heç bir köməklik etmir. İnsanlara köməklik etmək əvəzinə sinəsinə döyür ki, mən rüşvət almıram maaşa işləyirəm, amma işidə heç bir problemin həllinə yönəli deyil. Ya bulvarda gəzdin ya Saatlı icra hakimiyyətinə gəlib getdin. Sikayətimizi həll etmək əvəzinə dahada qıcıq verici sözlərlə xalqa meydan oxuyur“
Xalqı təhrik edir ki, Saatlıda inqilab etsin”
7 gün informasiya agentliyi olaraq Saatlı Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb icra başçısı Elmir Bağırovun mövqeyini öyrənmək istəsəkdə bu münkün olmadı. İcra başçısı deyilənlərlə narazıdırsa onunda mövqeyini dərc etməyə hazırıq.