Bayden milli təhlükəsizlik üzrə məsul şəxslərlə müşavirə keçirir


ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik üzrə məsul şəxslərlə müşavirə keçirir.

Bu barədə NBC kanalına Ağ Evdən bildirilib.

Kanalın xəbərinə görə, prezident milli təhlükəsizliyə cavabdeh şəxslərlə görüş keçirir, Ukrayna və Rusiya ilə bağlı son məlumatları əldə edir. Müşavirədə Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Qərargah rəisləri komitəsinin sədri Mark Milli iştirak edir. Müşavirənin mövzusu məlum deyil.