Pentaqon və NATO rəhbərləri Rusiya ilə diplomatik əməkdaşlığı müzakirə edib


Pentaqonun rəhbəri Lloyd Ostin və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi yazılı bəyanat yayıb.

Tərəflər Ukrayna ətrafındakı vəziyyət və Rusiya ilə diplomatik əməkdaşlığı müzakirə ediblər.

Onun sözlərinə görə, Ostin və Stoltenberq Rusiya ilə son diplomatik qarşılıqlı fəaliyyətdən və bu ölkənin gərginliyi azaltmasının zəruriliyindən danışıblar.

Kirbinin sözlərinə görə, Ostin və Stoltenberq diqqətləri NATO müdafiə nazirlərinin bu həftə keçiriləcək görüşünə yönəldib. Həmçinin NATO-nun gücləndirliməsi və alyansa yeni qlobal baxış vermək səyləri də müzakirə olunub