Şəkidə yol qəzasında bir ailənin iki üzvü ölüb, ikisi ağır yaralanıb


Şəkidə bu gün baş verən yol qəzasında ölən və xəsarət alanların bir ailənin üzvləri olduğu məlum olub.
şimal-qərb bürosu xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində Bakının Nəsimi rayon sakini - 1987-ci il təvəllüdlü Emin Elbrus oğlu Rəsulzadənin idarə etdiyi "KİA Sportage" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı - 1982-ci il təvəllüdlü Səbinə Dilqəm qızı Rəsulzadə və övladı 2019-cu il təvəllüdlü Eldaq Emin oğlu Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Sürücü Emin Rəsulzadə və övladı 2013-cü il təvəllüdlü Nəzrin Rəsulzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində biri azyaşlı olmaqla, iki nəfər hadisə yerində ölüb. Qəzada ağır xəsarət alan bir nəfər isə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.