Fransa polisi bir neçə qayda pozan Ermənistan vətəndaşını saxlayıb


Fransa polisi Karkason şəhərində reyd zamanı qırmızı işıqda keçən avtomobilə saxla işarəsi verib.

“lindependant.fr” saytının xəbərinə görə, sürücü əmrə tabe olmadığı üçün təqib edilərək saxlanılıb.

Yoxlama zamanı onun 52 yaşlı Ermənistan vətəndaşı olduğu müəyyən edilib. Polis idarəsinə gətirilən erməninin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. Alkoqol müayinəsi zamanı onun qanında 1,12 promil spirt aşkar edilib.

Karkason polisi faktı rəsmiləşdirərək hüquqi qiymət verməsi üçün prokurorluğa göndərib. Ermənistan vətəndaşı isə iltizam alınaraq sərbəst buraxılıb.