Serbiya Cənub Qaz Dəhlizinə inteqrasiya oluna bilər



Bolqarıstan-Serbiya qaz interkonnektoru 2023-cü ildə istismara veriləcək.

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, qaz interkonnektorunun istismara verilməsi ilə Serbiya Cənub Qaz Dəhlizinə inteqrasiya olunacağına ümid edir.

“Serbiya Bolqarıstan-Serbiya qaz interkonnektorunun 2023-cü ildə istismara verilməsi ilə CQD-yə inteqrasiyasına ümid edir”, - nazir qeyd edib.