Vətəndaş şikayətini nə üçün təmin olunmur?


İcitimai fəal Cəmil Hacıyev sayıtımıza ünvanladığı məktubda qeyd edir ki, onun istifadə etdiyi nömrənin whatsappına müxtəlif nömrələrdən hədələyici və təhqir edici mesajlar gəlir. O bir başa mesajları Binəqədi rayin polis idarəsinin müstəntiqi Nicat İbrahimova göndərsədə heç bir təqbir görülməyib. Cəmil Hacıyev qeyd edir ki, Nicat İbrahimov onun şikayəti əsasında onun hüquqlarını pozan işi aparan müstəntiq olsada, Cəmil Hacıyevə boş vəddən başqa heç nə verməyib. Dəfələrlə Binəqədi rayon polis idarəsinin rəsis ilə görüşmək istəsədə pondimiyani bəhanə edib qapıdan buraxmayıblar.
O qeyd edir ki: " Ölkədə kütləvi tədbirlərə belə icazə veriblər amma tək tək qəbullara məhdudiyyət qoyulub bu insan hüquq və azadlıqlarının pozulmasıdır. Mən dəfələrlə DİN online şikayət etsəmdə heç bir nəticə yoxdur. Polis qarşı tərəfin qanunsuz əməllərinə qarşı ciddi addım atmır. Mən araşdirmaçı jurnalist , bir neçə xəbər agentlikləri ilə əməkdaşlıq edən , eyni zamanda GHT rəhbəriyəm hələ mənimlə belə rəftar edirlər , adi vətəndaşın vəziyyətini ictimayyət qitmətləndirsin. Ölkə başçısı isə DİN-indən vətəndaş məmunluğunu təmin olunmasını tələb edib amma bu təmin olunmur."
7gün informasiya agentliyi olaraq məsələni diqqətdə saxlayacayıq və DİN-nində mövqeyini işiqlandırmağa hazırıq.