Xəstəxanada tibbi arayış bazarı-FOTO


Hakimiyyət dairələrində ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparıldığı iddia edilsə də, lakin reallıqlar deyilənlərin əksini ortaya çıxarır. Buna kifayət qədər nümunələr göstərmək olar.

Ölkənin səhhiyyə və təhsil sahəsi bu mənada, xüsusilə, daha bərbad vəziyyətdədir.

7GUN az-a verilən məlumata görə
24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi müayinələrə və arayışların verilməsinə görə insanlardan açıq-aşkar rüşvət tələb olunur. 24 saylı birləşmiş Şəhər Xəstəxanasının əhatə etdiyi yaşayış sahəsində qeydiyyatda olmayan və yaşamayan şəxslərə arayışlar biraz baha qiymətə satılır. Arayışların təyinatına görə qiymətləri 30- 50 manat arasında dəyişir. Məlumatlarda bildirilir ki, tibbi arayışlara görə tələb olunan rüşvəti verməyənlər get-gələ salınır, onlara qarşı kobud rəftar və digər haqsızlıqlar edilir.

7gun.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə bütün bu özbaşınalıqların və haqsızlıqların arxasında şəxsən Baş həkim Azər Məmmədov özü dayanır və rəhbərlik etdiyi tibb müəssisəsini bazar qaydaları ilə idarə edir.

Məlumata görə, Azər Məmmədov sözügedən xəstəxanadakı özbaşınalıqlardan və haqsızlıqlardan şikayət etmək istəyənləri təhdid edir, heç kimdən çəkinmədiyini, edilən şikayətlərin nəticəsiz qalacağını bildirir.

Məsələ ilə bağlı 7gun.org-a açıqlama verən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının Baş Həkimi Azər Məmmədov deyilənlərin həqiqət olmadığını bildirdi. O, rəhbərlik etdiyi xəstəxanada heç kimdən rüşvət tələb olunmadığınl dedi.

Mövzunu davam etdirəcəyik.

Lalə

Xəstəxanada tibbi arayış bazarı