DİN-in BDYPİ-i niyə susur?-VİDEO


7gun.org olaraq Sabunçu rayon Bakıxanov qəsəbəsində Əli Kərim küçəsində yerləşən sürücülük məktəbinin direktoru İqrar Həsənovun qanunsuz əməl və hərəkətləri barədə məlumat vermişdik.

Hətta onun sürücülük məktəbində oxumayan şəxslərə sürücülük kursunu bitirmələrinə dair sənədlər satmasını bildirmişdik. Bundan əlavə İqrar Həsənovun bir şəxsdən sürücülük vəsiqəsinə görə rüşvət almasını özündə əks etdirən videomaterialın görüntülərinin olduğu qeyd etmişdik.

Məhz bundan sonra İqrar Həsənovun rəhbərlik etdiyi sürücülük kursu barədə geniş araşdırma aparmaq məqsədilə təxminən 2 ay öncə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyimiz sorğuya hal-hazıra kimi cavab almamışıq. Rüşvət və korrupsiyaya qurşanmış BDYPİ-nin rəhbərliyi sorğu ilə bağlı niyə susur?

Bu barədə daha sonra ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə və yaymağa hazırıq.