Sozcu.az saytının rəhbəri Elşən Əlisoya qarşı təxribat həyata keçirilir


7gun.org xəbər verir ki, bu barədə Elşən Əlisoy özünün feysbuk səhifəsində yazaraq məlumat verib:

“Ağsunun icra başçısı Ənvər Seyidəliyev Mirqubad Orucovun və Dilarə adlı qadının əli ilə mənə qarşı “oyun” qurub.

Dəyərli dostlar. İki gündür ki, izləndiyimi hiss edirəm. Ona görə də, narahatçılıq olmasın deyə bir müddət gözə görünməməyə çalışdım. Bu gün Ağsu rayon icra hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə əməkdaşı Mirqubad Orucov Ağsu rayonunda olan Dilarə adlı qadını avtomobilində oturdaraq, mənə zəng elətdirib.(Dilarəni Ağsu sakinləri yaxşı tanıyırlar)

Dilarə Mirqubadın Orucovun avtomobilində mənə zəng edərək, İsgəndər Həmidovun Ağsu rayonuna nə vaxt gələcəyi ilə maraqlanmağa başladı. Telefonda, güya telefonun izlənə biləcəyindən narahat olaraq, adını deməkdən imtina etdi. Mən təkidlə kim onun olduğunu soruşduqda, yalandan adının Tamella olduğunu və Ağsu rayonunun Təklə kəndində yaşadığını bildirdi.

İsgəndər Həmidova problemlərini deyəcəyini demək istədiyini deyərək, təkidlə İsgəndər bəyin güya yerini soruşmağa, Ağsuya nə vaxt gələcəyini və tədbirin harda keçirilməsi ilə maraqlanmağa başladı.

Bndan təxminən 1 saat sonra Dilarə yenidən mənə zəng edərək, İsgəndər Həmidovun gəlib-gəlməməsini öyrənməyə çalışdı. Mən ona öz adı ilə müraciət edərək, onun kim olduğunu tanıdığımı və onun icra hakimiyyətinin əməkdaşı Mirqubad Orucovun avtomobilində olduğunu dedim. Bundan sonra telefonu qapadı.

Dəyərli dostlar. Təbii ki, Azərbaycanda heç kim gizli təşkilat yaratmır. Yaranan bütün təşkilatlar leqal və hüquq çərçivəsində fəaliyyət göstərirlər. İcra hakimiyyətinin əməkdaşının bu cür savadsız və şəxsiyyətə yaraşmayan şəkildə güya izləmə əməliyyatı həyata keçirməsi, Ağsu rayonunun kimlərin idarəçiliyində olmasını bir daha göstərir. Bu xəstə təffəkkürlə, nəinki rayon, heç adi bir ferma da idarə etmək olmaz.

Ola bilsin ki, bundan sonra mənə qarşı hansısa şərləmə həyata keçirilsə, bunun təxribat olduğunu hər birinizin bilməsini istəyirəm.

Elşən Əlisoy, Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Sozcu.az saytının rəhbəri”