Səfər Mehdiyev görüntü yaradır- VIDEO


Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edildikdən bir müddət sonra keçirtdiyi mətbuat konfransında gömrük xidmətində şəffaflığın bərpası və rüşvətxorluğun aradan qaldırılmasına dair açıqlamasının özünü doğrultmadığı barədə məlumat vermişdik.

Səfər Mehdiyev həmin mətbuat konfransında xəyanətin və rüşvətin bağışlanılmayacağını bildirmişdi, lakin “xəyanətin” açıqlamasını verməmişdi.

Səfər Mehdiyevin ictimaiyyət üçün görüntü yaratmağa hesablanmış bəyanatlarına baxmayaraq, gömrük xidmətində özbaşınalıqlar və haqsızlıqlar daha da artmışdır.

Həmin məqalədən sonra vətəndaşlar tərəfindən 7gun.org-a çoxsaylı müraciətlər daxil oldu.

Müraciətlərdə gömrük xidmətlərində məcburi rüşvətalma hallarının çoxalması, gömrük əməkdaşları tərəfindən insanların şərəf və ləyaqətlərinin alçaldılmasına yönəlik hərəkətlərin artması haqqında şikayətlər öz əksini tapmişdır.

Şikayətlərin əksəriyyəti Astara, Biləsuvar, Samux və Qırmızı Körpü gömrük-keçd mətəqələrindəki dözülməz vəziyyətlə bağlıdır. Sözügedən gömrük-keçid məntəqələrində cərəyan edən proseslər barədə daha geniş məlumatlar verəcəyik.

Əldə etdiyimiz məlumatlara görə Dövlət Gömrük Komitəsində yüksək vəzifələr tutan şəxslərin də hətta xarici dövlətlərdə biznes yatırımları, bahalı otel və mülkləri vardır.

Komitə sədrinin müavini İqbal Babayevin adı bu sırada çox hallanır. Güya, o, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə və Rusiyada milyonlarla dollar dəyərində qiymətləndirilən əmlaklara sahibdir.

7gun.org mühüm strateji sahələrdən biri olan Dövlət Gömrük Komitəsinin xidmətlərindəki reallığla bağlı araşdırmalarını davam etdirəcək.