Fəalların təzyiqə məruz qaldığını bildirilir


"Azərbaycan Xalq Cəbhəsi Partiyası Saatlı rayon təşkialtının fəalları təzyiqlərə məruz qalırlar". Bunu partiyadan bildiriblər.

Partiyadan verilən məlumata görə, partiya fəalları Saatlı Rayon Polis Şöbəsinə çağrılır, onlarla "profilaktik söhbət aparılır, mitinqlərdə iştirak etməmək xəbərdarlığı edilir.

AXCP-dən bildiriblər ki, rayondan aldıqları məlumata görə partiya fəalı Kamran Əmirov əvvəlcə polis şöbəsinə, oradan rayon məhkməsinə aprılıb, amma hələlik inzibati cəza alıb-almaması barədə xəbər yoxdur.

Bu deyilənlərə Saatlı rayon polis şöbəsindən münasibət öyrənmək mümkün olmayıb.

Partiya hesab edir ki, bu təzyiqlər yanvarın 19-da keçirilməsi nəzərdə tutulan mitinqin kütləviliyinin qarşısını almaq üçündür.

Xatırladaq ki, AXCP-nin də üzv olduğu Milli Şura ölkədə insan haqları, siyasi məhbus və o cümlədən bloger Mehman Hüseynovun vəziyyəti, korrupsiya ilə bağlı yanvarın 19-na mitinq təyin edib.