Rusiya hərbi bölmələri Xarkova daxil olub


Rusiya hərbi bölmələri Ukraynanın Xarkov şəhərinə hücumlarını davam etdirir.

Kiyevdən verilən məlumata görə, Rusiya zirehli bölmələri müxtəlif istiqamətlərdən Xarkova daxil olur.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli isə bildirib ki, bu dəqiqələrdə şəhər yenidən artilleriya atəşinə tutulur.

Ukrayna Daxili İşlər Nazirliyi də Rusiya hərbi qüvvələrinin Xarkova daxil olduğu barədə məlumat yayıb.