İstanbulda Xocalı soyqırımının ildönümünə həsr olunan aksiya keçirilib


İstanbulun Bəyazid meydanında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş aksiya keçirilib.

tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib
Aksiyada İstanbulda yaşayan Azərbaycanlılar, Türkiyədə fəaliyyət göstərən Hüseyin Cavid adına orta məktəbin şagirdləri, şəhər sakinləri, KİV və QHT nümayəndələri də iştirak edib.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını ədalətli mövqe sərgiləməyə, müharibə və qətliamları dayandırmağa çağırıb.

İstanbul Universitetində isə "Xocalı üçün paylaş" beynəlxalq sosial media kampaniyasının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, Qızılbaş-Gəncləri Maarifləndirmə İctimai Birliyi, bu ali təhsil müəssisəsi və universitetdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun dəstəyi ilə həyata keçirilib.

Deputat Sabir Rüstəmxanlı Xocalı soyqırımının dünya tarixində bərabəri olmayan vəhşilik aktlarından biri olduğunu qeyd edib. O əlavə edib ki, Xocalının qisası 44 günlük Vətən müharibəsi zamanı alınıb, Azərbaycan torpaqları işğaldan azad edib. Bundan əlavə, Sabir Rüstəmxanlı Türkiyənin Azərbaycana dəstəyinin dünyaya bir mesaj olduğunu qeyd edib.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadənin sözlərinə görə, Xocalı soyqırımı insanlıq tarixinin ən qanlı cinayətlərdən biridir və beynəlxalq hüquqa ziddir. O deyib ki, Xocalı soyqırımının tanınması dövlət əsas vəzifələrindən biridir.

Tədbir çərçivəsində Azərbaycan, Türk ictimai xadim və jurnalistlərinə təşəkkürnamələr də təqdim olunub.