Saatlının yeni icra başçısı işlədiyi müddətdə narazı əhalini dahada hakimiyyətdən narazı hala salıb.


Şikayətçilər hər həftənin cümə günü RİH-nə şikayətə gedirlər, icra başçısı şikayətçilərin problemini həll etmir. Şikayətçilər bildirillər ki: “Dəfələrlə RİH-nə gəlib sosial problemlərimizi desəkdə icra başçısı Elmir Bağırıov heç bir köməklik etmir. Biz deyəndəki, prezidentə şikayət edəcəyik, Elmir Bağırov bizi ələ salıb deyir ki, qələm kağız verim?. İcra başçısı Elmir Bağırıov heç prezidentdən belə çəkinmir. Rayonda istədiyini edir, özüdə deyir ki, mən maaşa işləyirəm. Heç inandırıci deyil, əvvəlki icra başçıları necə talayırdılarsa buda elə talayır rayonun büdcəsin. “
Şikayətçilər rayon icra başçısı Elmir Bağırovdan ciddi nazazıdır və prezidentdən icra başçısı Elmir Bağırıovun dəyişilməsini istəyirlər.
7 gün informasiya agentliyi olaraq Saatlı Rayon İcra hakimiyyəti ilə əlaqə saxlamaq istəsəkdə icra başçısı Elmir Bağırovla danışmaq münkün olmadı. Biz icra başçısı Elmir Bağırovun mövgeyini dərc etməyə hazırıq.