Saxta diplomlu müəllimlərlə bağlı nazirə müraciət olundu


Ağdaş rayon sakini Qorxmaz Abbasov Təhsil naziri Emin Əmrullayevə müraciət edib. 7GUN.az xəbər verir ki, o, müraciətin bur surətini də Jamaz.info-nun redaksiyasına ünvanlayıb.

Tofiq Abbasov yazır ki, Ağdaşın Təhsil şöbəsinin müdiri Hürü Əliyevanı yarıtmaz fəaliyyəti nəticəsində rayon təhsili bərbad vəziyyətdədir. Onun sözlərinə görə, müəllimlərin bəzisi saxta diplomla fəaliyyət göstərirlər: “Konkret olaraq Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbin tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlu saxta diplomla işə qəbul edilib. Bu qanunsuzluğa isə Ağdaş rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva şərait yaradıb.

Oruc Yusifovun Zaqatala Müəllimlər İnstitutunda ali təhsil alıb yalandır. Onun diplomu yoxlanılarsa, saxta olduğu üzə çıxacaq.

Həmçinin Oruc Yusifov müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından və sertifikasiyadan keçməyib. Belə olan halda onun orta məktəbdə müəllim vəzifəsində işləməsi qanunsuzdur.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabər hüquqa malikdir.

Sizdən xahiş edirəm müraciətimdə qeyd etdiyim korrupsiya hallarını tam, hərtərəfli və obyektiv araşdırıb qanun pozuntusuna yol vermiş vəzifəli şəxslərin barəsində tədbir görəsiniz və saxta diplomla məktəbdə Tarix-Coğrafiya fənni tədris edən Yusifov Oruc Eyvaz oğlunun təhsil sistemindən uzaqlaşdırasınız”.

Saxta diplomlu müəllimlərlə bağlı nazirə müraciət olundu
Saxta diplomlu müəllimlərlə bağlı nazirə müraciət olundu