Xanlar Vəliyev və müavini istefaya göndərilir


Yaxın günlərdə Baş Prokurorun müavini və Hərbi Prokuror Xanlar Vəliyevin işdən azad ediləcəyi gözlənilir. Bu barədə 7gun.org-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, sözügedən istefa təkcə, Vəliyevi deyil, həmçinin onun müavini Şəfaət İmranovu da gözləyir. Səbəb isə hər iki prokurorla bağlı müvafiq instansiyalara, ən əsası isə dövlət başçısına xeyli sayda şikayətlərin edilməsidir. Belə ki, o və müavinin hərbçilərlə bağlı istintaqların qeyri-obyektiv aparmalarına göz yumması, bir çox hallarda məhkəmələrin bu səhvləri düzəldərək, ittiham edilən şəxsləri azadlığa buraxması bir sıra narazılıqlara gətirib çıxarıb. Eyni zamanda, sözügedən şəxslərlə bağlı mənfi fikirlərin yaranmasına səbəb olub.

Mənbə bildirir ki, Xanlar Vəliyev hələ qardaşı, Gəncənin sabiq icra başçısı Elmar Vəliyev güllələndikdən sonra işdən çıxarılmalıydı. Lakin həmin vaxt keçmiş baş prokuror Zakir Qaralovun dəstəyi ilə vəzifəsində qala bilmişdi. Daha sonralar, hərbi prokuror daha bir müddət postunda qalmaq üçün minnətçiləri salaraq, istəyinə nazil olmuşdu.

7gun.org-a danışan mənbə iddia edir ki, edilən şikayətlərdə, həmçinin Vəliyev və İmranovun onlara edilən şikayətlərə və ünvanladıqlara məktublara cavab verilməməsi, heç bir işi obyektiv araşdırılması üçün cəhdlər etməmələri vurğulanır. Maraqlı məqamlardan biri də odur ki, hərbi prokuror və müavininin adı vətənpərvər, Orduda kifayət qədər fərqlənən hərbçilərə “divan tutmaq”da da hallanır.

Məsələ ilə əlaqədar olaraq yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə çalışdıq. Bununla bağlı, Hərbi Prokurorluqla əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı. Lakin buna baxmayaraq, qarşı tərəfi də dinləməyə hazırıq.

Aygün

Bizi sosial şəbəkələrdə izləyin:

1. Facebook

2. İnstagram