Biləsuvarın şefi mərkəzdə bayrağı çıxarıb, zəhər yayan şirkətlə işləyir


Biləsuvarın icra hakimiyyəti ilə üzbəüz meydanda Bayraq Muzeyi var

Rayondakı dirəkdən bayraq çıxarılıb. Amma 100 metr aralıqda divarda 3 ədəd bayraq saxlanılıb.

Bu faktı yazan ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov sual edir ki, rayon rəhbərliyi bu addımla nə demək istəyir.

Dövlətin əsas atributlarından olan bayrağa belə ögey, biganə münasibət məsuliyyətsizlik və tutduğu vəzifəyə hörmətsizlikdir.

Ancaq Biləsuvarın icra başçısı Mahir Quliyev üçün bayraqdan daha vacib məsələlər var. Onu vəzifədə qalmaq, daha çox qazanmaq maraqlandırır.

7gun.org FİA.Az-a istinadən xəbər verir ki, rayondakı problemlərin həll olunmaması M.Quliyevlə əlaqədardır. Bu günə kimi Biləsuvarda heç bir iş görülməyib. Yəni, illər boşa gedib.

Məsələn, 2017-ci ilin hesabatı belə RİH-nin saytında yoxdur. Bu zaman jurnalistlər hansı məlumatlara istinad etməlidirlər?!

İkincisi, ”Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı Dövlət proqramı”nda Biləsuvar rayonunun sosial-iqtisadi inkişafı üzrə nəzərdə tədbirlərin icrası haqda RİH-nin saytında geniş material yerləşdirilib. Amma nə 2017-ci ilə, nə də bu ilin ilk rübünə aid hesabat var. Başqa RİH-lər isə rüblük xəbərlər verir.

Rayonda fəaliyyət göstərən “CTS Aqro”MMC 1650 ha sahədə pambıq əkini üçün 198 mülkiyyətçi ilə, “MKT İK” MMC 2632 ha sahədə pambıq əkini üçün 570 mülkiyyətçi, ”Aqromaster” MMC 113 ha sahədə pambıq əkini ilə bağlı müqavilə bağlayıb.

Biləsuvarda da fəaliyyət göstərən “MKT İK” MMC-nin İmişli rayonundakı İnnovasiya Mərkəzinin direktoru Maarif Quliyevin və həmin müəssisədə aqronom işləyən Surxay Məmmədov həbs olunublar. Buna səbəb pambıq zəhərlənmələri olub.

Vaxt-vədə yetişib, Biləsuvar rayon icra başçısı Mahir Quliyevin yola salınması növbəsi çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədri postundan Nazim İbrahimovun gedişi M.Quliyevin kreslosunu laxladıb.

Keçmiş komitə sədri ilə qohumluq əlaqələri olan Biləsuvarın icra başçısının “qələmi qırılıb”.

Prezidentin icra başçıları ilə bağlı başlayacağı dəyişikliklər dalğasında başı gedənlərdən biri də M.Quliyevin olacağı deyilir. Artıq N.İbrahimovun da onu qoruya bilmədiyi göz qabağındadır.

Prezident İlham Əliyevin komandasında M.Quliyevə yer olmadığı bildirilir. Çünki o, vəzifəsinin öhdəsindən gəlməyib, qohumu N.İbrahimov kimi büdcəni talayıb.

Biləsuvarı bərbad vəziyyətə qoyan, rayonda satmadığı yer qalmayan icra başçısı nə camaatı sayır, nə problemləri həll edir.

Torpaqları məmurlara qarış-qarış peşkəş etmiş rayon rəhbərindən dövlət başçısına çoxlu şikayətlər gedib.

Ancaq zaman-zaman onu qoruyan əllər indi kreslosunda oturmağı təmin edə bilməyəcəklər.

Mətbuatda gdən məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər.

Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan vəzifəlilər davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.

Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı yüksək ranqlı məmurdan xahiş edir.