Araşdırmalarımız davam edir


Masallı rayon Qəriblər kənd tam orta məktəbin direktoru Şərafət Əliyevin qanunsuz əməlləri barədə kənd sakinlərinin şifahi məlumatları əsasında 13 fevral 2019-cu il tarixdə dərc etdiyimiz “Qəriblər kənd tam orta maktəbin gizlinləri” adlı məqalə dərc edildikdən sonra direktor redaksiyamızın elektron poçtuna məktub göndərərək, barəsində yazılanların həqiqətə uyğun olmadığını və ona böhtan atıldığını bildirib təkzib verməyimizi nəzərimizə çatdırmışdır. 7gun.org “Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”” adlı məqalədə onun mövqeyini açıqlayaraq eyni zamanda bildrmişdir ki, məlumatların doğruluğunu aiddiyatı dövlət orqanlarının yoxlamalarından sonra müəyyən etmək olar. Həm də Şərafət Əliyev onun qanunsuz fəaliyyəti barədə məlumat verənlərin adlarının açıqlanmasını istəmişdir.

Bildiririk ki, bütün hallarda 7gun.org mənbənin anonimliyini qoruyur.

Mövzunu diqqətdə saxlayacağıq.